XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

26 May 2019 - 14:29

Gürcüstan Prezidenti:“Ümid edirəm ki, sərhəd məsələsində Azərbaycanla maraqlarımıza uyğun nəticə əldə olunacaq”

“Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz. Buna görə də dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırdım”.

Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: “Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimiz və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.

S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpa olunduğunu alqışladığını qeyd edib: “Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”. /Report