XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

27 May 2019 - 10:07

Litvada prezident seçkiləri başa çatdı –Rusiya əleyhdarı olan bankir qalib gəldi

Mayın 26-da Litvada keçirilən prezident seçkisinin ikinci mərhələsi də başa çatıb.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, prezidentlik uğrunda keçmiş bankir Qitanas Nauseda ilə deputat və keçmiş maliyyə naziri İnqrid Simoniti arasında gedən mübarizədən birinci – sabiq bankir qalib çıxıb.

55 yaşlı Nauseda səslərin 74, onun rəqibi Simoniti isə 26 faizini yığıb.

Beləliklə, Rusiya ilə həmsərhəd və NATO üzvü olan daha bir respublikada Rusiyayaya qarşı sərt mövqeyi ilə seçilən namizəd qələbə çalıb.

Xatırladaq ki, hələ seçki kampaniyasının gedişində hər iki namizəd vəd etmişdi ki, Rusiya ilə sərt kurs tərəfdarlarıdır və Rusiya, Ukraynanın Krım yarımadasından çıxmayınca, prezident Vladimir Putinlə görüşə getməyəcəklər.

Onu da qeyd edək ki,  2014-cü ilin martında Krımın ilhaqından sonra NATO, Litva da daxil olmaqla, Mərkəzi və Şərqi Avropada hərbi fəaliyyətini gücləndirib. Həmçinin Litva ilə Rusiya arasında gərginliyin artdığı müşahidə olunur. Litva son aylar Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən bir neçə nəfəri həbs edib.

Litvada prezidentin səlahiyyətləri məhduddur, amma xarici siyasətə görə o cavabdehdir və Avropa Birliyinin sammitlərində ölkəni prezident təmsil edir.

Həmçinin nazirlər, hakimlər, hərbi rəislər və mərkəzi bankın sədrini, adətən, parlament və baş nazirin razılığı ilə o təyin edir.