XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

10 İyun 2019 - 14:14

Yunanıstanda sensasion hadisə –Türkiyə diplomatlarının avtomobilləri yandırıldı

Yunanıstanın Selanik şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin iki avtomobilini yandırıblar.

“Hurriyet” xəbər verir ki, hadisə iyunun 10-da səhər saatlarında baş verib.

Avtomobilləri yandıranın (yandıranların) kimliyi hələ ki məlum deyil.

Diplomatik dövlət nömrə nişanlı maşınlardan biri Türkiyənin Selanikdəki ticarət attaşesi Serkan Buralın xidməti avtomobildir. Hadisə onun evinin qarşısında aş verib.

Bu hadisədən qısa müddət sonra S.Buralının evindən təxminən bir km aralıda beynəlxalq təşkilatlardan birində işləyən Türkiyədən olan qadına aid avtomobilin üzərinə benzin tökülərək yandırblar.

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, avtomobillər yarasız vəziyyət düşüb.

Yunanıstanın polisi və təhlükəsizlik orqanları hadisələrlə bağlı araşdırma aparır/Report.