XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

13 İyun 2019 - 10:26

Avropa İttifaqı şirkətlərinin Azərbaycandan gözlədikləri islahatlar… –5 vacib sahə

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri ölkədə gözlədikləri 5 vacib islahatı açıqlayıb.

Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.

Sənədə əsasən, rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər/Report.