XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

13 İyun 2019 - 13:54

İran ABŞ-a dialoq şərtini açıqladı:"Əvvəlcə neft sanksiyaları ləğv edilməlidir"

“Rəsmi Vaşinqton Tehrana qarşı neft sanksiyalarını ləğv etməlidir. Bu, ABŞ və İran arasında dialoqa yol açacaq”.

Bunu İran Prezidenti Həsən Ruhani Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşdə deyib.

İran prezidentinin sözlərinə görə, sanksiyaların aradan qaldırılması çoxlu müsbət dəyişikliklər gətirəcək.

Eyni zamanda, H.Ruhani ABŞ-ın İrana qarşı sanksiyaları tezliklə aradan qaldıracağına şübhə ilə yanaşdığını söyləyib/Report.