XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019

Digər Xəbərlər

13 İyun 2019 - 13:25

Ərəb dənizində sensasion olay:Oman, Yaponiya və Tayvanın neft tankerləri vuruldu

Hind okenanının şimalı hissəsində Ərəb dənizində neft daşıyan supertankerdə ard-arda partlayış baş verib.

Hadisə Hind okenanının şimalı hissəsində, Ərəb dənizində baş verib.

Gəmi heyətləri hücuma məruz qalmaları barədə həyəcan siqnalı veriblər. Onların həyəcan siqnalı Pakistan və Oman tərəfindən qəbul edilib.

Oman hakimiyyəti Norveçin “Frontline” şirkətinə məxsus “Front Altair” tankerinə Oman körfəzində hücum olduğunu təsdiqləyib. Bildirilib ki, tankerin göyərtəsində 3 partlayış olub və sonra batıb.

Tayvana aid bir tankerin mənşəyi məlum olmayan bir cisim tərəfindən vurulması nəticəsində isə 21 nəfər təxliyyə edilib.

Bu arada isə Yaponiyanın Ticarət Nazirliyi isə Hörmüz boğazı yaxınlığında iki tankerinin hücuma məruz qaldığını bildirib.

İrandan verilən məlumata görə isə, Oman körfəzində hücuma məruz qalmış neft tankerlərindən 44 dənizçi xilas edilib. İRNA xəbər verir ki, tankerlər Birləşmiş Ərəb Əmriliyinin Dəniz Ticarət Əməliyyatları qrupuna aiddir/Report.