XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

19 İyun 2019 - 03:28

PENTAQON İRANIN TANKERLƏRƏ HÜCUMUNU “SÜBUT EDƏN” FOTOLAR YAYDI –FOTOlar

Pentaqon İranın ötən həftə Oman körfəzində xarici neft tankerlərinə hücum etdiyini sübut etmək üçün yeni şəkillər yayımlayıb.

ABŞ fotolara istinad edərək bildirib ki, fotolarda İranın İnqilab Keşikçilərinin partlamamış minanı Yaponiyaya məxsus “Kokuka Courageous” tankerinin yanından götürdükləri görünür.

Şəkilərdən birində minanın yerləşdirildiyi yerləri görmək olur.

Digər bir şəkildə isə tankerin üzərində böyük deşik görmək mümkündür. Pentaqon bu deşiyə başqa bir minanın səbəb olduğunu ehtimal edir.

ABŞ videogörüntülərə və partlamamış maqnitli minanı cəld çıxarmaq üçün tələb olunan resurslar və təcrübəyə əsaslanaraq bildirib ki, İran hücuma görə məsuliyyət daşıyır.

İran hələ ki, yeni əldə edilən şəkillər barədə fikir bildirməyib. Lakin tankerlərə hücumlar həyata keçirməkdə iştirakını inkar edib. İran bu iddiaları gülünc, eyni zamanda təhlükəli adlandırıb.

Bazar ertəsi günorta saatlarında ABŞ müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Patrik Şanahan müdafiə məqsədi ilə əlavə təxminən 1000 nəfərdən ibarət əsgəri qüvvənin Yaxın Şərqə səfərbər edildiyini açıqlayıb.

“Mən bundan əvvəl qeyd etmişdim ki, bu məsələ beynəlxalq konsensus yaratmalıdır. Vəziyyətə baxdıqda, Norvec, Yaponiya gəmiləri, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, dünya neftinin 15 faizini Hörmüz boğazı vasitəsi ilə çatdırırlar. Ona görə də vəziyyət gərginləşərsə, bizim fövqəladə planımız olmalıdır” – deyə, Patrik Şanahan bildirib.

Bazar ertəsi ABŞ İranın uran zənginləşdirməsini beynəlxalq razılıqda göstərilən səviyyədən yuxarı qaldırması planını şantaj adlandırıb.

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, İran regionda təhlükəli fəaliyyətinə görə məsuliyyət daşımalıdır. Lakin ABŞ-ın fəaliyyəti tələsik və düşünülməmiş deyil, möhkəm, düşünülmüş və strateji olmalıdır.

Amerikanın Səsi