XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

25 İyun 2019 - 16:00

İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmadı –Rəsmi Tehrandan etiraz

İran BMT Təhlükəsizlik Şurasının ABŞ-ən dronunun vurulması ilə bağlı iclasına buraxılmayıb. 

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Tehranın təşkilatdakı xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı jurnalistlərə müsahibəsində bildirib.

Xüsusi nümayəndə deyib ki, hava məkanı iki dəfə ABŞ dronları tərəfindən pozulan İran Təhlükəsizlik Şurasının iclasında iştirak etmək istəyib: “Təəssüf ki, biz bu hüququmuzdan istifadə edə bilmədik”.

O əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ İran nümayəndəsinin buraxılmadığı bu iclasda insidenti birtərəfli qaydada təqdim edib və rəsmi Tehranın mövqeyi nəzərə alınmayıb.

Taxt-Rəvançı Vaşinqtonu iclasda İran əleyhinə təbliğat aparmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞ dronu iki dəfə xəbərdarlıq edildikdən sonra vurulub.