XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

25 İyun 2019 - 17:16

Gürcüstan Patriarxlığından hökumətə çağırış:"Həbsdəkiləri buraxın, camaatın vəziyyətini yüngülləşdrin"

Gürcüstan Patriarxlığı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyalar zamanı saxlanılan etirazçıların azad olunması xahişi ilə hökumətə müraciət edib.

Patriarxlıq Tbilisidə baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib.

Patriarxlıq hakimiyyəti saxlanılan və hələ də həbsdə olan şəxslərə qanunun imkan verdiyi çərçivəsində maksimum humanistlik  nümayiş etdirməyə çağırıb.

Patriarxlıq həmçinin hökuməti və bank sahiblərini kreditorlar, turizm sektorunda çalışanların vəziyyətini maksimum yüngülləşdirməyə çağırıb.

Bununla yanaşı, qurum inanclıları bu il istirahətlərini Gürcüstanda keçirməyə çağırıb.

Qeyd edək ki, Tbilisidə etirazlar zamanı 305 nəfər saxlanılıb.

Onların 41-i artıq azadlığa buraxılıb/Report.