XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

11 İyul 2019 - 16:44

Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi –Fond müalicə xərcini öz üzərinə götürdü

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Strateq.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu açıqlama yayıb.

Bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Xatırladaq ki, Y.Rzazadə səhhətindəki problemin  mülalicəsi ilə bağlı 15 min manat lazım olduğunu açıqlayıb. Bildirib ki, o, bu pulu tapa bilmir.