XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

11 İyul 2019 - 18:48

Nazir müavini:“Azərbaycan və Aİ arasında yeni sazişin bir hissəsi artıq hazırdır”

“Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir”.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sazişin bir hissəsi artıq hazırdır: “Sənədin digər hissəsi ilə bağlı bəzi məsələlər qalıb. Hazırda, əsasən, ticarət məsələsi üzrə danışıqlar gedir”.

Nazir müavini qeyd edib ki, Aİ ilə yeni saziş üzrə növbəti görüşün iyul ayında keçirilməsi nəzərdə tutulub/Report.