XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

11 İyul 2019 - 20:33

Türkiyədən Aİ və yunanlara daha bir mesaj:"Yunan tərəfi Kipr türklərinin haqqını təkbaşına yeyə bilməyəcək"

AKP sözçüsü Ömər Çelik bu gün Avropa İttifaqının (Aİ) Türkiyənin Şərqi Aralıq dənizində apardığı neft axtarışı ilə bağlı yaydığı bəyanata sərt cavab verib.

Strateq.az xəbər verir ki, Təhlükəsizlik Şurasının toplantısından sonra mətbuata açıqlama verən Ömər Çelik Avropa İttifaqını yunanlara tərəfkeşlik etdiyini deyib: “Avropa Birliyi yunan tərəfinin bizdən əvvəl Aralıq dənizindəki fəlaiiyyətə başlamasına heç vaxt səsini çıxarmadı. Bir dəfə fə olsun demədilər ki, “bunu necə edirsiniz? Bu, problemi necə həll etmək olar?”.

Ancaq türk tərəfi haqqını axtarmağa başlayan kimi, səslərini ucaltdılar. Görünür, Avropa Birliyi problem yaratma yolunu tutub”.

AKP sözçüsü bildirib ki, yunan tərəfi Kipr türklərinin haqqını vermədikcə, Aralıq dənizində Türkiyənin “Yavuz” və “Fatih” kəşfiyyat gəmilərinin fəaliyyəti davam edəcək: “Yunan tərəfi Kipr türklərinin haqqını təkbaşına yeyə bilməyəcək. Avropa qurumları isə hər iki tərəfin haqlarının qorunduğu ortaq bir həll yolu tapmalıdır”.

Xatırladaq ki, Aİ bu gün bəyanat yayaraq, Türkiyəni Aralıq dənizindəki neft-qaz axtarışını dayandırmağa çağırıb. Əks halda, Ankaraya sanksiya tətbiq edə biləcəklərini bildiriblər.