XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

12 İyul 2019 - 18:14

PA rəsmiləri, nazir və deputatlar Heydər Əliyevlə bağlı tədbirdə –FOTOLAR

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Ulu öndər” sənədli filminin və mahnının təqdimat mərasimi keçirilib.

Strateq.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, tədbirdə prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Daxili İşlər naziri Vilayət Eyvazov, Gənclər və İdman naziri Azad Rəhimov və deputatlar iştirak edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək, deyib ki, Heydər Əliyev 1923-2003-cü illərdə yaşayıb fəaliyyət göstərmiş, öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlmiş və dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir.

O bildirib ki, Heydər Əliyev ölkədə dinamik inkişafı təmin etmiş böyük azərbaycanlı olub.

Ə. Həsənov Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtdığını, milli-vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirdiyini qeyd edib: “Nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti-öz xalqının milli azadlıq və müstəqillik uğrunda mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir”. Ə. Həsənov qeyd edib ki, sonrakı 1993-2003-cü illərdə müstəqil Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılıb: “Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir”.