XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

14 İyul 2019 - 19:46

TÜRKİYƏ PREZİDENTİ ABŞ və Aİ-nin SANKSİYA TƏHDİDİNƏ BELƏ CAVAB VERDİ:""S-500-lərin birgə istehsalına hazırlaşırıq"

Türkiyə prezidenti Ərdoğan Rusiyadan alınan S-400-lərlə bağlı mühüm bəyanat verib.

Strateq.az TRT-yə istinadla xəbər verir ki, o, Türkiyənin bu raketləri almasının səbəbini ölkəsinin təhlükəsizliyi ilə əlaqələndirib: “Rusiyadan 2020-ci ilə qədər bu raketlərin tədarükü davam edəcək. Bu raketlər ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir. Biz ölkəmzin təhlükəsizliyini təminat altına almaq istəyirik. Bu, tarixi anlaşmadır. Biz Rusiya ilə S-500-lərin ortaq istehsalı üçün addım atmağa hazırlaşırıq. Biz dürüst tacirik. Gərəkən addımı vaxtında onlar (ABŞ-ı nəzərdə tutur-red.) atmalı idi, alternativ variant irəli sürməli idilər…”.

Ərdoğan F-35-lərlə bağlı yaranacaq problemə də toxunub.

Bildirib ki, ABŞ-ın hazırkı addımları strateji ortaqlığa və dostluğa yaraşan deyil: “İndi bizi sanksiya ilə hədələyirlər. Digər yandan da, Avropa İttifaqı (Aİ) Aralıq dənizindəki fəaliyyətimizlə bağlı bəyanat yayır, bizi sanksiya ilə hədələyir. Bunların çoxu blefdir, qulaq asmamaq lazımdır”.