XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

16 İyul 2019 - 00:03

SOCAR-ın ALMAQ İSTƏDİYİ ZAVODUN SAHİBİNİ HƏBS ETDİLƏR –3 milyard dollar borcu var

Rusiyada “Yeni axın” şirkətinin yaradıcısı və Tümendəki “Antipinskiy” neft emalı zavodunun keçmiş sahibi Dimitri Mazurov saxlanıb.

“Kommersant”ın məlumatına görə, o, “Sberbank”, “Promsvyazbank” və “Absolyut-bank”-ın kredit vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

Söhbət ümumilikdə 3 milyard dollardan da artıq vəsaitdən gedir.

Mənbənin məlumatına görə, Mazurov Fransaya uçmaq istəyərkən saxlanıb.

RBK isə onun xarici səfərdən Moskvaya dönərkən saxlandığını xəbər verir.

Moskva Tverskoy məhkəməsi iyulun 15-də onun barəsində həbs-qətimkan tədbiri seçib.

“Forbec”dəki mənbənin məlumatına görə, istintaq komitəsi və prokurorluğa ərizəni “Antipinskiy” neft emalı zavodu verib, amma faktın təşəbbüskarı “Sberbank”dır.

Mazurov bu zavodu sıfırdan “Sberbank”dan götürdüyü kreditin hesabına tikib.

Rusiyada ən böyük müstəqil zavod olan “Antipinskiy” neft emalı zavodunun illik gücü 9 milyon tondur.

Mazurov və onun tərəfdaşları ötən il zavaoda neft almaq üçün vəsait tapa bilməyiblər və zəruri maliyyələşmə əvəzində zavoda idarəçiliyi “Sberbank”a veriblər.

İndi zavod iflas prosesindədir. Buna görə də “Sberbank” alıcı axtarışına başlayıb. Əsas iddiaçı Azərbaycanın SOCAR dövlət neft şirkətidir.

Zavodla həmçinin “RussNeft” şirkətinin sahibi Mixail Qutseryev və LUKOYL şirkəti də maraqlanır.

Amerikanın Səsi