XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

20 İyul 2019 - 17:27

S-400 böhranından sonra ilk yüksək təmas:Pompeo ilə Çavuşoğlu müzakirə apardı

Bu gün ABŞ-ın Dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Strateq.az xəbər verir ki, telefon söhbəti ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, tərəflər Türkiyənin “F-35” proqramından çıxarılmasını, Rusiyadan “S-400” raketlərinin alınması, Suriyanın İdlib, Menbeç və digər təhlükəsizlik ərazilərindəki vəziyyəti müzakirə ediblər.

Nazirlik müzakirənin detallarını açıqlamayıb.

Xatırladaq ki, Türkiyənin Rusiyadan aldığı S-400 raketlərinə görə tərəflər arasında münasibətlər gərginləşib. ABŞ Ankaranı F-35 proqramından çıxarmaqla yanaşı, əlavə sanksiya tətbiqi ilə hədələyir.