XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

08 Avqust 2019 - 17:40

Almazbek Atambayev saxlanıldı- Sabiq prezident özü təslim olub

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev yaşadığı Koy-Taş kəndindəki iqamətgahında xüsusi təyinatlılara təslim olub.

Bu haqda sabiq Prezidentin qərargahından məlumat veriblər.

A.Atambayevin tərəfdarları sabiq dövlət başçısının maşınının iqamətgahdan çıxmasının qarşısını almağa çalışıblar. Lakin xüsusi təyinatlılar onu arxa qapıdan çıxara biliblər. Ərazidə aramsız olaraq güllə səsləri eşidilib.

Xatırladaq ki, dünən axşamdan başlayan əməliyyat bir az əvvəl başa çatıb və əməliyyatda təxminən 80 nəfər yaralanıb. Bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

Keçmiş Prezidentin tərəfdarları Bişkekdə aksiyalar keçirməyə hazırlaşırlar(azərtac).

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.