XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

11 Avqust 2019 - 15:00

Azərbaycan və İran prezidentləri Soçidə görüşəcək –Tarix açıqlandı

İran Prezidenti Həsən Ruhani Soçidə Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində hər iki ölkədən olan həmkarı ilə təkbətək görüş keçirəcək.

Bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili bildirib.

P. İsmaili qeyd edib ki, H. Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərlə əlaqədar məsələləri müzakirə edəcək. Eyni zamanda Soçi sammitində birgə bəyanat qəbul ediləcək.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır. /APA