XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 23:43

TRAMP ÇİN MƏHSULLARINA ƏLAVƏ VERGİ TƏTBİQİNİ ERTƏLƏDİ –ABŞ-dan bir gündə iki fərqli açıqlama

ABŞ “Səhiyyə, təhlükəsizlik, beynəlxalq təhlükəsizlik və digər faktorlar”a əsaslanaraq, may ayında Çinə qarşı elan etdiyi əlavə gömrük vergisi qərarının təxirə salındığını elan edib.

Strateq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bu gün jurnalistlərə açıqlamasında məlumat verib.

O, Çinə qarşı əlavə gömrük vergisinin dekabrın 31-dək ertələndiyini deyib: “Əgər Çin Yeni ilə qədər ehtimal olunan alış-veriş miqdarını artırarsa, o zaman bu qərara yenidən baxılacaq”.

Maraqlıdır ki, Trampın bu açıqlamasında qeyd etdiyi tarix (dekabrın 31-i) ABŞ Ticarət Nümayəndəliyi tərəfindən demək olar ki, təkzib olunub. Nümayəndəlik bəyan edib ki, Çin məhsullarına əlavə vergi tətbiqi dekabrın 15-dək ertələnib.

Digər diqqətçəkən məqam isə əlavə vergi rüsumu tətbiq ediləcək məhsulların siyahısında nəzərə çarpıb. Belə ki, açıqlamada vergi tətbiqinin ertələndiyi məhsulların siyahısında yalnız mobil telefonlar, kompüterlər və oyun videolarının yer aldığı bildirilib.