XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

19 Avqust 2019 - 13:08

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutu”su tapılıb –Müdafiə Nazirliyi + FOTO

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutu”su tapılaraq dənizdən çıxarılıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutu”nun texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.