XƏBƏR LENTİ

20 Noyabr 2019

Digər Xəbərlər

20 Avqust 2019 - 21:25

Rəsmi Ankara Suriya rejimini təhdid etdi:"Əsəd odla oynamamalıdır"

“Rusiyalı həmkarlarımızla təmasdayıq. Bəşər Əsəd odla oynamamalıdır. Hücumlar dayanmazsa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı cənab Putinlə danışacaq”.

Bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İdlibdə Türkiyənin hərbi karvanına hücum barədə danışarkən deyib.

Nazir hücumdan dərhal sonra Rusiya ilə əlaqə saxlanıldığını qeyd edib: “Burada atəşkəs əldə olunmalıdır. Rejim siyasi yox, hərbi həll istəyir. Hərbçilərimizin təhlükəsizliyi üçün lazım olanı edəcəyik”.

Mövlud Çavuşoğlu həmkarı Sergey Lavrovla da müzakirələri istisna etməyib.

ABŞ hərbi kontingentinin Türkiyəyə səfərinə toxunan türkiyəli nazir Birləşmiş Ştatların ikinci bir Menbiç prosesi həyata keçirməsinə icazə verilməyəcəyini açıqlayıb: “Razılaşdığımız və razılaşa bilmədiyimiz məsələlər var. Müzakirə davam edəcək, olmazsa öz planımız var.

NATO müttəfiqi olan bir ölkənin terrorla ittifaq yaratması qəbul edilə bilməz. Niyə Rusiya rejimə zamin oldu, çünki onunla bərabər işləyirdilər. Hər nə qədər rejimə verdikləri dəstəyi doğru hesab etməsək də, siyasi prosesdə bu nişanın faydalarını görürük”.

Teleqraf.com