XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 00:30

Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşları da artırıldı –Nazirlər Kabinetindən daha bir qərar

Baş nazir Novruz Məmmədov Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşları haqqında qərar imzalayıb.

Strateq.az xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiqlənib.

Qərarla həmçinin Daxili İşlər Nazirliyinin (DİN) dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri, DİN dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq olunub.

Maliyyə Nazirliyinə Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirmək, Daxili İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu Qərarın əlavəsində nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyən etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artımı ilə əlaqədar olaraq bu Qərarın 1-ci hissəsində göstərilən xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanunu ilə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyən etmək tapşırılıb.