XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 12:12

Birinci vitse-prezident şagird və tələbələri təbrik etdi:"Bu, böyük və məsuliyyətli işin başlanğıcıdır"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibətilə təbrik edib.

Strateq.az xəbər verir ki, Birinci vitse-prezidentin “İnstagram” səhifəsində paylaşılan qısa təbrik mətnində deyilir:

“Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!