XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 14:28

İsmayıllıda şok hadisə:insanlar kartof festivalında zəhərləndi

Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Strateq.az nazirliyə istinadla bildirir ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib:

“Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib”.