Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    ABŞ Helskinki komissiyasının sədri Uiker:“Azərbaycana qarşı sanksiya tətbiqinə çağırış etməmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezident Elçibəyin eks-müşaviri, məşhur şoumen Kamran Həsənli:“Elçibəy məni çox istəyirdi…” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

23 İyun 2018
22 İyun 2018

Digər Xəbərlər

06 Mart 2017 - 02:41

Saatsaz

Heydər Oğuz

Yaxın bir dostum var. Sağlığına qismət, imkanları da pis deyil. Arada onunla görüşər, metro yaxınlığındakı parkda gəzə-gəzə söhbət edərik. Görüşlərimizin birində məndən bir saatsazın yanına getməyimizi xahiş etdi. Bildirdi ki, evlərinin divar saatı xarab olub, onu təmir etdirmək istəyir. Mənim üçün saatsazın yanına getməklə parkı dolaşmağın mühüm fərqi olmadığından dostumla razılaşdım.

Maşınına doğru yürüdük. Qapını açıb divar saatını götürdü. Doğrusu, xeyli təəccübləndim. Mən dostumun divar saatına bu qədər etina ilə yanaşmasından qeyri-adi bir əşya ilə qarşılaşacağımı düşünmüşdüm. Maşından götürülən isə adi bir saat idi. Öz-özümə düşündüm: “İndi bahalı malla ucuz malı ayrıd etmək çox çətindir. İstənilən bahalı markanın bənzərini Çində istehsal edib bazara çıxarırlar. Ona görə də mənim kimi avam adamlar malı maldan ayıra bilmir. İmkanlı dostum həmin saatı alıb ev divarından asıbsa, üstəlik, xarab olduğu üçün saatsaza aparıb təmir etdirirsə, deməli, onun xüsusi bir dəyəri var”. 

Bir daha diqqətlə dostumun qoltuğundakı saata baxdım. Yenə də heç bir qeyri-adilik sezə bilmədim. Axı, saata göstərilən bu diqqət haradan qaynaqlanırdı? Onun yerinə olsam, təmir etdirmək zəhmətinə belə, qatlanmazdım. İndiki dövrdə bu cür saatların nə əhəmiyyəti var? Telefondan tutmuş komputerə, televizor ekranından maşına qədər hər tərəf saatlarla doludur. Zamanı öyrənmək istəyəndə ya telefona, ya da komputerin monitoruna baxırıq. Şəxsən mənim özüm ev divarımdan asılan saata bəlkə də neçə ildən bəridir nəzər salmıram. İşləyib-işləmədiyindən də xəbərim yoxdur.

Bu cür düşüncələrlə metronun çıxışına yaxın binanın I mərtəbəsində yerləşən saat təmiri dükanına yaxınlaşdıq. Dostum qapını açıb içəri girdi. Saatı ustaya göstərdi. Usta saatın korpusunu açıb əqrəbini çıxartdı. Əqrəbi gözünün rizasında tutub diqqətlə ona baxdı, barmaqlarıyla o tərəf-bu tərəfə əydi. Hiss olunurdu ki, əyrisini düzəltmək istəyir.

Pəncərədən saatsazın hərəkətlərini izləyə-izləyə fikirləşirdim ki, görəsən, metronun tam çıxışında, insanların get-gəl yerində özünə iş ofisi tutan bu adam hər gün nə qədər pul qazanır? Bu ofis özününküdürmü? Özününküdürsə, yaxşı pula gedərdi. Bəlkə də saatsaz ömrünün axırına qədər əqrəbi o yan-bu yana əyə-əyə o pulu qazana bilməzdi. Elədirsə, nə əcəb obyekti satıb əldə etdiyi pulu daha gəlirli sahəyə yatırmır? Yox, əgər yer özününkü deyilsə, deməli, kirayəyə götürüb. İndiki dövrdə həmin yerin kirayə haqqı çox baha olar. Saatsazın bir ayda həm kirayəni verəcək, həm də çörək pulu çıxaracaq qədər qazandığına isə inanmağım gəlmirdi.

Mən bunları düşünərkən, saatsaz da işini qurtardı. Saatı dostuma verib əl haqqını aldı. Dostum onun yanından çıxdı və yolumuza davam etdik. Fikirlər hələ də beynimi qurcalayırdı. Dostum məndən niyə bu qədər fikirli olduğumu soruşdu. Saatsazın bu gün əhəmiyyətini itirən peşəsiylə nə qədər qazana bildiyini, kirayəni necə verdiyini düşündüyümü etiraf etdim. Dostum gülə-gülə, “narahat olma, o qədər də ciddi pul vermir”,- dedi.

-Hardan bilirsən?

-Bilirəm. Çünki o yer mənimdir. Saatsazdan 100 manat kirayə haqqı alıram. Bu yeri məndən dəfələrlə baha qiymətə istəyən müştərilər oldu. Amma heç kimə vermədim. Saatsazdan başqa.

-Doğrudan? Nə əcəb?

-Bilirsənmi, saatsazlıq indi “nəsli kəsilməkdə” olan peşələrdəndir. Çox adam artıq ümumiyyətlə saat taxmır. Üstəlik, bəzən təmir haqqı təzə saatın qiymətindən baha olur. Odur ki, saat təmir etdirmək istəyənlərin də sayı azdır. Bu sənət yaşasın deyə, həmin yeri saatsaza vermişəm.

Doğrusu, dostumun bu alicənablığı məni xeyli təəccübləndirdi. Anladım ki, o, divar saatını da saatsaz pul qazansın deyə, təmir etdirirmiş.