Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

13 Sentyabr 2017 - 21:15

Rəqabət bazarını tənzimləyəcək layihə hazırlanır –Ekspertlər nə gözləyir?

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində "Əmtəə bazarının səmərəliliyi və rəqabət" istiqaməti üzrə işçi qrup yaradılıb və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Bildirilir ki, ölkədə rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır. Hesabatda Rəqabət Məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlərin sürətləndirilməsi tövsiyə olunur.

İqtisadçı Vüqar Bayramov belə bir layihənin hazırlanmasına və qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirir: "Rəqabət Məcəlləsinin yeni layihəsinin hazırlanması və qəbul edilməsi vacib məsələlərdəndir. Strateji Yol xəritəsində də həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Çünki nəzərə alınmalıdır ki, Azərbaycan post-neft dövrünə qədəm qoyur. Və bu dövrün də əsas hədəfləri daxili bazarda rəqabəti qorumaq, sahibkarlığın inkişafını təşviq etmək ibarətdir. Proses olaraq 2014-cü ildən, yəni post-neft dövrünə qədəm qoyduqdan sonra dövlət tərəfindən aqrar sənayeyə qayğının artırılmasını və sahibkarlığın təşviq edilməsini müşahidə edirik. Bu özünü həm də regionlarda göstərir. Bununla yanaşı, Rəqabət Məcəlləsinin qəbul edilməsinə də ehtiyac var. Çünki bu məcəllə rəqabətin formalaşması və qorunması yollarının müəyyənləşdirilməsi baxımından vacibdir. Bu məcəllə rəqabətin müdafiəsi ilə bağlı institusional bir baza formalaşdırır. Köhnə layihə ictimaiyyətə təqdim olunmadığı üçün onunla bağlı bir fikir demək çətindir. Amma nəzərə almaq lazımdır ki, Rəqabət Məcəlləsi hazırlanan zaman iqtisadi inkişafa baxış, eyni zamanda bütövlükdə həm dünyada, həm də regionda iqtisadi şərait fərqli idi. Hədəflər, ölkənin gəlirləri dəyişib. Bu kontekstdən çıxış edərək Rəqabət Məcəlləsinin hazırlanması aktual idi. Düşünürəm ki, belə bir layihənin hazırlanmasına və qəbul edilməsinə ciddi ehtiyac var. Eyni zamanda, Rəqabət Məcəlləsinin yeni layihəsinə təkcə dövlət qurumları deyil, vətəndaş cəmiyyətləri, icmalar da cəlb edilməlidir. Burada fərqli ölkələrin təcrübəsinin öyrənilməsi, məsələlərə nəzəri yanaşmaların ortaya qoyulması çox vacibdir. Bununla da Azərbaycanda mövcud hədəflərə və prioritetlərə uyğun Rəqabət Məcəlləsinin qəbul edilməsinə nail olmaq mümkündür. Qeyd etdiyim kimi, Rəqabət Məcəlləsinin qəbulu Azərbaycanın post-neft dövrünün əsas hədəflərindəndir”.

İqtisadçı ekspert Samir Əliyev bildirir ki, ölkədə rəqabət mühiti vacib amillərdən biridir: "Layihənin bundan sonrakı mərhələdə bazara necə təsir edəcəyini zaman göstərəcək, amma hər bir halda, ölkədə rəqabət mühitinin yaradılması çox vacibdir. Əgər hökumət qeyri-neft sektorunu inkişaf etdirməyi prioritet seçibsə, bunun yolu sahibkarlığın inkişafından keçir. Xüsusilə də kiçik və orta sahibkarlıq əsas götürülür. Rəqabət olmayan mühitdə kiçik və orta sahibkarlıq fəaliyyət göstərə bilmir. Monopoliya, inhisar yaranır, kiçik və orta sahibkarlıq süqut edir və monopolist şirkətlər ortaya çıxır. Kiçik və orta sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasını təmin edir. Həmçinin müəssisələr arasında rəqabət yaranır, məhsulların keyfiyyət və qiymətinə təsir edir. Yəni bu kimi məsələlərdə rəqabətin olması böyük əhəmiyyət daşıyır. Və rəqabətin olması üçün də ilk növbədə qanunvericilik bazası yaradılmalıdır. Bu qanun olmadan ölkədə sahibkarlıq mühitinin inkişafından danışa bilmərik. Xüsusən də, bizdə Strateji Yol xəritələri qəbul edilir. Və bu yol xəritələrindən biri də kiçik, orta sahibkarlığın inkişafını özündə ehtiva edir. Bu baxımdan Rəqabət Məcəlləsinin yeni layihəsinin qəbulu vacibdir. Bundan sonra artıq həmin məcəllədən çıxış edərək bir sıra qanunlar və hüquqi normalar qəbul edilməlidir ki, ölkədə sahibkarlıq mühiti  tam formalaşsın. Təbii ki, layihənin nəticəsi onun necə işləməsindən asılı olacaq. Hər bir halda yeni layihənin qəbul edilməsini vacib sayıram”.

kaspi.az