Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017

13 Sentyabr 2017 - 22:25

Deputat Vahid Əhmədov:“Sahibkarlarla bağlı yoxlamaların yenidən bərpa edilməsi mümkündür”

 

 

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması növbəti müddətə artırıla bilər.  "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib. Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub. 

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər zamanı onlara ətraflı məlumat verilib və həyata keçirilən islahatlar, o cümlədən yoxlamaların 2 il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilib. Göstərilənləri nəzərə alaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb.

Bu müddət ərzində yoxlamaların qadağaların tətbiqi sahibkarlığın inkişafına nə kimi müsbət töhfələr verib? Yoxlamaların dayandırılmasının müddətinin uzadılmasına ehtiyac varmı?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Kaspi”qəzetinə verdiyi açıqlamada bəzi məqamlara toxunub: "Prezidentin bu barədə sərəncamı hələlik qüvvədədir. Yoxlamalar hələ ki, dayandırılıb. Əlbəttə, bu yoxlamaların  sahibkarlara dəstək baxımından müsbət tərəfləri çoxdur. Amma bəzi məqamlarda müəyyən problemlərə də yol açır. Xüsusilə, son dövrlərdə qadağaların olmaması ilə əlaqədar olaraq, qida məhsulları ilə əlaqədar problemlər yaranmaqdadır. Küçələrdə satılan müxtəlif qida vasitələri var. Son zamanlar qida məhsulları ilə bağlı zəhərlənmə hadisələrinin  sayının artması da məhz bundan xəbər verir. Qidada müəyyən problemlərin olduğunu heç kim inkar etmir. Ona görə də, müəyyən mənada,  bu yoxlamaların yenidən bərpa edilməsi mümkündür. Amma bu yoxlamalar ümumilikdə sahibkarların işinə mane olmamalıdır. Sahibkar başa düşməlidir ki, onun istehsal etdiyi məhsul yüksək keyfiyyətli olmalıdır. Yəqin ki, bu məsələlərə ayrıca diqqət yetiriləcək. Çünki bu problemlər gündəmdədir. Ola bilsin ki, prezident özü də bu barədə qərar versin. Yoxlamalara qoyulan qadağaların ləğvi faktiki olaraq sahibkarlar üçün əlverişli oldu. Çünki bu müddətdə heç bir yoxlama aparılmadı. Sahibkarlar bütün növ yoxlamalardan azad oldu və onlara qarşı olan təzyiqlər aradan götürüldü. Hesab edirəm ki, bu addım sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Bu fakt, hətta özünü statistik göstəricilərdə də əks etdirir. Amma elə yoxlamalar var ki, onları ləğv etmək olmaz. Məsələn, vergi yoxlamaları buna aiddir.  Çünki bu, birbaşa dövlət büdcəsi ilə əlaqədardır. Digər yoxlamaların keçirilməməyinin müsbət tərəfləri çox oldu və düşünürəm ki, bu müddət yenidən uzadıla bilər”.