Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

13 Sentyabr 2017 - 23:30

Azərbaycan yeni neft sövdələşməsinə hazırlaşır –Ölkəmiz yeni layihədə payını artıra bləcəkmi?

Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasiminə Britaniya xarici işlər nazirinin müavini Alan Dunkan və Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak da gələcək.

Müqavilənin AÇG-ə irihəcmli sərmayələr cəlb edəcəyi və blokun işlənməsinin davam etdirilməsinə yol açacağı gözlənlir. Bu arada Azərbaycanın bu layihədə payını 20 faizədək artırmaq istədiyi barədə məlumatlar var.

"Əsrin müqaviləsi" adlanan sövdələşmə 1994-cü ildə imzalanıb. Ötən ilin sonunda isə onun 2050-ci ilədək işlənməsinə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin əməliyyatçı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında niyyət protokolu imzalanıb.

Hazırda Xəzərdəki layihədə səhmlərin böyük hissəsi BP-nin əlindədir. Britaniya şirkəti 35.8 faizlik paya malikdir. Digər səhmdarlar, SOCAR, ABŞ-ın "Chevron" və Yaponiyanın "İnpex" şirkəti hərəsi 11 faizə, Norveçin "Statoil" şirkəti isə 8.6 faizə malikdir. Amerikanın "Exxon" şirkəti isə 8 faizin sahibidir.

 

Azərbaycanın payı

 

Lakin belə görünür ki, bu nisbət dəyişə bilər. "Reuters" agentliyinə əsasən, Azərbaycan öz iştirak payını 11,6 faizdən 20 faizədək artırmaq niyyətindədir. Agentliyin mənbələrinə görə, bu, başqa şirkətlərin payının azalması hesabına baş verməlidir. Məqalədə qeyd olunur ki, BP şirkətinin səhmləri 35.8 faizdən 30 faizədək azala bilər.

Bu məlumatı təsdiq etmək üçün SOCAR-la əlaqə saxlamaq mümkün olmayıb. BP şirkəti isə məlumatlardan xəbəri olduğunu desə də, onlara münasibət bildirməyib.

“AÇG üzrə müqavilənin uzadılmasına dair ötən ilin dekabr ayında niyyət protokolu imzalanıb və biz onun gerçəkləşdirilməsi üzərində işləyirik", – BP mətbuat katibliyindən "BBC Azərbaycanca"ya deyiblər.

Bu arada neft üzrə təhlilçi İlham Şaban hesab edir ki, SOCAR ABƏŞ-də payını artırmaqla gəlirlərini də artırmaq istəyir. Onun sözlərinə görə, indiyədək bir çox layihələrə sərmayə qoyan SOCAR ABƏŞ-də payını artırmaq yükünün altına girməkdən çəkinirdi: "2015-ci ildə SOCAR Şahdəniz yatağında 10 faiz paya sahib idi və "Statoil" çıxmaq istədiyini deyəndə onun payını alaraq öz səhmlərini 16.7 faizə çatdırdı".

İlham Şabanın sözlərinə görə, Azərbaycan öz payını artırmaqla investisiyalarını da artırmalı olacaq və belə görünür ki, son zamanlar "bir çox başqa yatırımlara və xərclərə başı qarışan" SOCAR artıq bunu etməyə qadirdir.

Azərbaycan Respublikası Dövlət Neft Fonduna əsasən, 2001-ci ilin əvvəlindən bu ilin mart ayınadək AÇG yatağı üzrə əldə olunan ümumi gəlir 123.102 mlrd ABŞ dollarına bərabər olub.

(BBC)