Gündəm

  • " width="300" height="266" />
    Bakıda yarimstansiyada və bəzi elektrik şəbəkələrində fəsadlar yaranıb –"Azərişıq"dan açıqlama
  • " width="300" height="266" />
    BAKININ BƏZİ ƏRAZİLƏRİNİ İFLİC EDƏN GÜCLÜ YAĞIŞ… –Həyət evlərini, metrostansiyasını da su basıb + VİDEOLAR
  • " width="300" height="266" />
    Pompeo İrana şərtlərini açıqladı:"Məqsədimiz rejimi dəyişdirmək deyil, istəyimiz çox sadədir..."
  • " width="300" height="266" />
    “Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənirik…” –Prezident İlham Əliyev Ruhaniyə başsağlığı verdi
  • " width="300" height="266" />
    XİN-dən KTMT baş katibinin açıqlamasına reaksiya:"Ona Paşinyanın cəfəng və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirik”
  • " width="300" height="266" />
    TERROR XƏBƏRİNDƏN DƏRHAL SONRA RUHANİ PARADI TƏRK EDİB –Təhlükəsizlik qüvvələri bunu qəsd ehtimalı ilə əlaqələndirib
  • " width="300" height="266" />
    Konstitusiya Məhkəməsindən dollar krediti olanlara bəd xəbər –Devalvasiya problemi vətəndaşın üzərində qaldı  
  • " width="300" height="266" />
    ETİMAD İSMAYILOV DƏFN EDİLDİ –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    MİLLİ MƏCLİSDƏ TƏNTƏNƏLİ İCLAS BAŞLANIB –Prezident İlham Əliyev iclasda iştirak edir
  • " width="300" height="266" />
    ABŞ Rusiyanın 33 vəzifəli şəxsini “qara siyahı”ya saldı –Pompeodan qərar

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın sabiq prezidenti Sabit Bağırov:“Heydər Əliyevə təcili məktub yazdım, o da kontraktı ləğv elədi” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

23 Sentyabr 2018
22 Sentyabr 2018

Digər Xəbərlər

15 Noyabr 2017 - 11:43

Mərkəzi Bank uçot dərəcəsinidəyişməz saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdir.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Monetar şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı, eləcə də bank sistemində likvidliyin təsiri altında formalaşır. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir etmişdir. Qiymət stabilliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınmışdır:

İqtisadi aktivlik. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım baş vermişdir. Ticari sektor iqtisadi artıma daha çox töhfə vermişdir. Qeyri-neft sektorunun ticari sahələrində iqtisadi artım ümumilikdə 3%, o cümlədən qeyri-neft sənayesində 3.1%, kənd təsərrüfatında 2.8% olmuşdur. Qeyri-ticari sektorda iqtisadi artım 2.4%, o cümlədən ticarətdə 2.1%, turizmdə 3.2%, rabitə və informasiya sahəsində 6.2% təşkil etmişdir. Dövlətin investisiya tələbi və qeyri-neft məhsul və xidmət ixracının genişlənməsilə yanaşı istehlakçı inamının tədricən bərpası iqtisadi artıma müsbət təsir göstərmişdir.

Xarici balans və valyuta bazarı. İxracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir. Cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (0.5 mlrd. ABŞ dolları) əhəmiyyətli çoxdur.

Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları (11.8%) artaraq 42 mlrd. ABŞ dollarını ötmüşdür.

Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.

Monetar şərait. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun milli valyuta ilə likvidliyə olan tələbatı monetar şəraitə təsir göstərmişdir. 2017-ci ilin 10 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.5% artmışdır.

Monetar şəraitə təsir göstərən digər mühüm amil bank sistemində likvidliyin akkumulyasiyasının davam etməsi olmuşdur. Bu proses bankların kredit portfelinin ilin əvvəlindən 26.1% azalması şəraitində baş vermişdir.

Bank sistemində yüksək likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbin yüksək olaraq qalması ilə müşayiət olunmuşdur. Cari ilin ötən dövründə Mərkəzi Bankın təşkil etdiyi qısamüddətli notların yerləşdirilməsi və depozitlərin cəlb edilməsi hərraclarında tələb təklifi bir neçə dəfə üstələmişdir. Dövlət qiymətli kağızları bazarında da analoji vəziyyət müşahidə edilmişdir.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13.7% təşkil etmişdir.

Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişmişdir.

İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olmuşdur.

Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunmuşdur.

Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır.

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixdə müzakirə ediləcəkdir.