XƏBƏR LENTİ

10 Dekabr 2018

Digər Xəbərlər

12 Yanvar 2018 - 23:05

Bakı qeyri-adi arxitekturaya malik şəhərlər üzrə “top-5″ə daxil edilib –Siyahı açıqlanıb

Populyar turizm bələdçisi "Lonely Planet" qeyri-adi arxitektura pərəstişkarı olan turistlərin xüsusilə bəyənəcəyi şəhərləri açıqlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu reytinq artıq dünyanın ən böyük arxitektura mərkəzlərində – Paris, Nyu-York və Londonda olanlara və yeni marşrutlar axtaranlara ünvanlanıb. Bakı reytinqdə 5-ci yeri tutub. Reytinqi tərtib edənlər turistlərə Azərbaycanın paytaxtında İçərişəhər küçələrində gəzmək, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etmək məsləhət görürlər.

"Top-5"də digər yerləri isə Barselona, İstanbul, Roma və Şanxay tutub. "Lonely Planet"in ekspertləri qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-10"a həmçinin Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqonu daxil ediblər.