Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    UKRAYNA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN SABİQ RƏHBƏRİ:"Ən başlıcası Putinin ətrafıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Abid Şərifov:“Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”
  • " width="300" height="266" />
    “Azad demokratlar”ın lideri Sülhəddin Əkbər:"2004-cü ildən Rusiya kəşfiyyatı Azərbaycanda sistemli və aktiv iş aparır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

13 Yanvar 2018 - 16:34

“Dövlət kredit bazarına seyrçi kimi baxmalı deyil…” –İqtisadçıdan şərh

"Dünyaca məşhur olan Edmund Convayın dəyərli bir fikri var: ”Kreditlər daralan kimi, iqtisadiiyyat  durur”. Bu düşüncədən yola çıxaraq ölkədəki iqtisadi artımın sürətlə aşağı düşmə səbəblərindən birini də bu amildə görə bilərik. Kommersiya banklarının kredit resurslarından istifadə səviyyəsi xeyli aşağı düşüb"

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kommersiya bankları həyata keçirdikləri 2 prosesin fərqində deyillər:

"Biri böhrandan qabaq az qala helikopterlərlə bütün ailələrə (2,4 mln. nəfər) kredit paylaması (verməsi yox, bəli, məhz paylaması!) idi. 

Digəri isə hazırda kredit torbasınnın ağzını yığaraq yürütdüyü konservativ bank siyasətidir. 

Birinci məsələdə ”köpük” iqtisadiyyatın əlamətləri açıq sezildi. Gəlirlərə adekvat olmayan kreditlə bahalı avtomobillər, mənzillər və digər istehlak malları satın alınmışdı. Nəticədə ödəmə qabiliyyəti azalan kimi isə məcmu tələb də zəiflədi. Indi isə biznes kreditlərinin xeyli məhdudlaşdırılması hesabına sahibkarların bu resursa çıxış imkanlarını da xeyli azaldıblar".

İqtisadçının sözlərinə görə, borc alanı və satanı bir araya gətirən bank insitutları bu vəziyyətdə biznesi kreditsiz qoymaqla, iqtisadiyyatın ”nəfəsboğan"ına çevriliblər: 

"Banklar bu nisbi sükunətdə ən pis halda ”gələcəkdə qazana biləcəklərini” itirirlər. Dövlət isə yaxın gələcəkdə iqtisadiyyatın butov halda bundan daha çox itirəcəyinin fərqində olmalıdır. Məhz yaranmış mövcud situasiyaya görə, dövlət kredit bazarına sadəcə seyrçi kimi baxmalı deyil. Xüsusilə Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası özünün monetar alətlərindən istifadə edib, iqtisadiyyatda əvvəlki hərarəti təmin etmək üçün effektiv tədbirlərə başlamalıdır".

Məhəmməd Talıblı deyir ki, bütün dünyada Mərkəzi Bankların əsas məqsədi iqtisadiyyatı ani düşmə və çıxışdan qorumaqdır:

"Bununla bərabər, Mərkəzi Bank bazarda tənzimləmə alətlərini "dişsiz" etməli də deyil. Əks halda Mərkəzi Bankın bu davranışı döyüş meydanında yanacağı qurtarmış zirehli texnikanı xatırladacaq. Mərkəzi Bankın hazırkı destimulizasiyası kredit bazarındakı iştirakçıları uzunmüddətli ölü vəziyyətə gətirmək deməkdir. Biz devalvasiya ehtimalına görə bu ölü vəziyyəti qorumaq, yoxsa iqtisadi dinamizmin güclənməsi fonunda monetar proseslərə yön vermələliyik? 

Məncə, dövlətin monetar qurumları bu fundamental suala özünün preventiv addımları ilə aydınlıq gətirsə, yaxşı olar".