Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

16 May 2018 - 19:04

Enerji nəhəngi “Statoil” şirkətinin adı dəyişib

Norveçin enerji nəhəngi “Statoil” şirkəti adını “Equinor” olaraq dəyişdirib.

Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, şirkət təkcə neft şirkəti deyil və enerjinin bütün sahələrində çalışır.

Şirkətin yeni adı ingilis dilinə “bərabər” sözü kimi tərcümə olunan “equal” Norveçin adının ilk 3 hərfindən “nor” sözlərinin birləşməsindən yaranıb.

Şirkətin baş icraçı direktoru Eldar Saetre deyib: “Dəyişən dünya düzənində “Statoil”un da adı dəyişib. Beynəlxalq arenada təbii qaz, neft və bərpaolunan enerji sahələrində böyüməyə davam edəcəyik.

“Equinor”un səhmlərinin 67 faizi Norveç hökumətinə məxsusdur. Qalan 33 faiz isə digər şirkətlər üçün və ya açıq şəkildə satılır.

Qeyd edək ki, 25 ildir Azərbaycanda fəaliyyət göstərən “Statoil” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində 7,27 faiz, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) layihəsində isə 8,71 faiz paya sahibdir.