XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

11 İyul 2018 - 19:34

OPEC:"Dünyada neftə tələbat artacaq"

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) dünyada neftə gündəlik tələbatın həcminin 1,45 mln. barrel artacağını proqnozlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, həmçinin OPEC-dən kənar ölkələrdən gündəlik neft təklifinin həcminin 2,1 mln. barrel artması gözlənilir.

“Neft tədarükündə əsas artım ABŞ, Kanada, Braziliya, Avstraliya, Qazaxıstan və Böyük Britaniya, azalma isə Meksika, Çin və Norveç üzrə müşahidə olunacaq”, – deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, bir qədər əvvəl İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili bildirib ki, ABŞ prezidenti Donald Trampın hərəkətləri neftin qiymətinin 100 dollar/barrelə kimi artmasına səbəb ola bilər.