XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 10:54

9 ayda ölkədən nə qədər neft məhsulları ixrac olunub? –Gömrük Komitəsi məbləği açıqladı (RƏQƏMLƏR)  

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 21 milyon 945 min 925 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.

Doqquz ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 11 milyard 588 milyon 26 min ABŞ dolları olub.

AZƏRTAC xəbərə verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin 3 rübündə Azərbaycandan 15 milyon 381 min 808 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 5 milyard 883 milyon 465 min dollar təşkil edib.