XƏBƏR LENTİ

11 Dekabr 2018
10 Dekabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 15:36

Beynəlxalq Enerji Agentliyi:“Neftin qiyməti yüksək səviyyədə qalacaq”

Neftin qiyməti yüksək səviyyədə qalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. IEA qlobal neft tələbatına dair proqnozunu azaldıb. Agentlik bu il və 2019-cu il üçün gündəlik neft tələbatına dair proqnozunu təxminən 110 min barrel aşağı salıb.

“Qlobal bazarda neft tədarükündə kiçilmə olacaq. Ticarət müzakirələri və artan neft qiymətləri tələbatın aşağı düşməsinə təsir edən amillər sırasındadır. İran və Venesuelada azalan tədarüklə əlaqədar olaraq neftin qiyməti yüksək səviyyədə qalacaq”, – deyə hesabatda bildirilir.