XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 11:29

Azərbaycanın energetika naziri səudiyyəli həmkarı ilə görüşdü –Nələr müzakirə olunub?

Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdə son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən faktorlar, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə edilib.

Görüşdə, həmçinin qiymət sabitliyi və balansın təmin olunması üçün hasilatın məhdudlaşdırılması təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda, neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın 2019-cu ildə də davam etdirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı Əməkdaşlıq Bəyannaməsi çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.