XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

15 Mart 2019 - 15:19

Azərbaycanda 1023 İran şirkəti fəaliyyət göstərir –Nazir Şahin Mustafayev

Azərbaycanda 1023 İran şirkəti qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Ötən dövrdə İran investorları tərəfindən Azərbaycana 3,4 milyard dollardan artıq sərmayə yatırılıb. Azərbaycan iş adamları da İranın iqtisadiyyatına investisiyalar yatırırlar. İkitərəfli əməkdaşlığımızda əsas istiqamətlərdən birini ticarət təşkil edir. Ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb. Bunun nəticəsidir ki, 2018-ci ildə ticarət dövriyyəsində 74 faiz artım müşahidə edilib (446 milyon dollar). Təbii ki, bu artımı müsbət qiymətləndiririk, lakin mövcud potensialı nəzərə alaraq, əsas hədəfimiz qarşılıqlı ticarət həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdən ibarətdir”, – deyə nazir qeyd edib.