XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 23:36

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,58 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 71,59 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.