XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

13 May 2019 - 23:36

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb- Qiymət

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, mayın 13-də qızılın qiyməti mayın 10-u ilə müqayisədə 4,3775 manat azalaraq 1 unsiya üçün 2183,0125 manat təşkil edib.

Gümüş 0,1518 manat ucuzlaşaraq 1 unsiya üçün 24,9944 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 6,0775 manat azalaraq 1451,4515 manat, palladiumun qiyməti isə 39,9245 manat artaraq 2273,104 manat təşkil edib.