XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

16 May 2019 - 10:57

Mərkəzi Bankdan manatla bağlı proqnoz:"Narahatçılıq üçün amil yoxdur"

“Manatın məzənnəsinin sabitliyi üçün hazırda ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatçılıq üçün amil yoxdur”.

Bu sözləri Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev jurnalistlərə müsahibəsində deyib.

“Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildə sabitləşən, bərqararlaşan iqtisadi sabitlik təmin olunsun. Manatın məzənnəsinin ilin sonuna qədər sabitliyinin təmin olunması üçün də bütün əsaslar var”, – deyə A.Quliyev qeyd edib/Azərtac.