XƏBƏR LENTİ

24 İyul 2019
23 İyul 2019

Digər Xəbərlər

16 May 2019 - 23:53

Palata rəsmisi:"Bank hesabını onlayn açmaq mümkün olacaq"

“Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.

O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır: “Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.

T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər: “Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.

Trend