XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

11 İyun 2019 - 15:47

Banklardan 1 milyard avro oğurluq… –Moldova Təhlükəsizlik Şurası araşdırmaya başladı

Moldovanın Ali Təhlükəsizlik Şurası (ATŞ) Baş Prokurorluq və Milli Bankdan təcili olaraq ölkə banklarından 1 milyard avro məbləğində oğurluqla bağlı “Kroll-2” beynəlxalq detektiv bürosunun hesabatını təqdim etməyi tələb edib.

TASS xəbər verir ki, bu barədə ATŞ-nin rəhbəri, Moldova prezidenti İqor Dodon bildirib.

“ATŞ həmçinin Moldovada bank oğurluğunun araşdırılmasına kömək etmək xahişi ilə beynəlxalq ictimaiyyətə müraciət etmək qərarına gəlib”, – İ.Dodon deyib.

Daha əvvəllər ölkə parlamenti “əsrin oğurluğu” adlandırılan və bank sistemindən pulların kütləvi şəkildə oğurlanması ilə əlaqədar səs-küylü korrupsiya qalmaqalını araşdırmaq üçün xüsusi istintaq komissiyası yaradıb. Qalmaqal 2015-ci ilin yayında – mətbuata “Banco de Economii” (Əmanət Bankı), “Banca Sociala” (Sosial Bank) və “Unibank”dan, təxminən, 1 milyard avro (ölkə ÜDM-inin 20%-dən çoxdur – red.) oğurlanması ilə bağlı informasiya sızdıqdan sonra böyüyüb/Report.