XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

11 İyun 2019 - 20:46

ASC, kinoteatr, maşın… –Bu dövlət əmlkaları özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Strateq.az Komitəyə istinadla xıəbər verir ki,  hərraclara çıxarılan əmlakların əlverişli olması, iştirak prosedurlarının sadə olması sərmayəçilərin marağını artırıb:

” Özəlləşmə prosesinin sadalanan müsbət cəhətlər alıcıların sayını artırmaqla budəfəki hərracda da rəqabət yaradıb. Belə ki, Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrına edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 77 min 500 manat olan bu əmlaka ən son 166 min 500 manat təklif edilib. İnvestor həmin obyektə kapital yatırmaqla xidmət sahəsində yaxşı gəlir əldə edə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 143 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Analoji hal nəqliyyat vasitələrinin hərracında da müşahidə edilib. Belə ki, “VAZ-21041” markalı avtomobilin ilkin start qiyməti 2100 manat olmasına baxmayaraq edilən təklif 3200 manata kimi yüksəlib. İstehsal tarixi 2008-ci il olan digər “VAZ-21041″ markalı olan maşın 2100 manat olsa da 3500 manata sahibini tapıb.

Budəfəki hərracda 1 səhmdar cəmiyyəti, 1 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşən qeyri-yaşayış sahəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70,1 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 25 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Özəlləşən səhmdar cəmiyyəti isə Zaqatala Sənaye Kombinatıdır”.