XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

18 İyun 2019 - 00:16

Bitkoinin məzənnəsi son 13 ayın ən yüksək həddinə çatıb- Qiymət

Ötən günkü hərrac nəticəsində bitkoinin məzənnəsi Coindesk Bitcoin Price Index-ə görə son 13 ayın ən yüksək həddi olan 9381 dollar səviyyəsinə çatıb.

“Report” xəbər verir ki, bununla da ən geniş tələbata malik kriptovalyuta həmçinin 20 min dollaradək yüksəlişi ərəfəsindəki 2017-ci il dekabr ayının səviyyəsinə qayıdıb.

“Coinmarketcap”ın məlumatına görə, bitkoinlə keçirilən əməliyyatın günlük həcmi 21,5 milyard dollara yaxınlaşıb, bazar kapitallaşması səviyyəsi isə 162,5 milyard dollara çatıb.