XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

25 İyun 2019 - 23:39

Azərbaycan neftinin qiyməti düşüb –1,25 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 65,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 64,91 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.