XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

12 İyul 2019 - 20:50

Qlobal neft tələbatı sutkalıq 101,7 milyon barrelə çatacaq- Gələn il

2020-ci ildə qlobal neft tələbatının gündəlik 101,7 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, gələn il qlobal neft tələbatı 1 milyon 400 min barrel artaraq sutkalıq orta hesabla 101 milyon 700 min barrel təşkil edəcək.

IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 300 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 300 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq(azərtac).