XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

15 İyul 2019 - 19:41

Gürcüstanın Azərbaycana 7,26 milyon dollar borcu var- Rəsmi

Cari il iyulun 1-nə Gürcüstanın 5 milyard 438,04 milyon ABŞ dolları xarici borcu olub. Bu da aylıq müqayisədə 70,9 milyon dollar azdır.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, borcun 5 milyard 229,5 milyon dolları hökumətin payına düşür.

Hesabat dövründə Gürcüstanın Azərbaycana borcu da azalıb. İyulun 1-nə qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə 166 min dollar azalaraq 7 milyon 269 min dollar təşkil edib.

Gürcüstanın ən çox borcu Almaniyayadır (317,04 milyon dollar). Siyahıda 241,01 milyon dollarla ikinci yerdə Fransa, 218,84 milyon dollarla Yaponiya isə üçüncü sırada qərarlaşıb.