XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

19 İyul 2019 - 23:15

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatına dair artım proqnozunu aşağı salıb- Bu səbəbdən

Beynəlxalq Enerji Agentliyi (IEA) cari il üzrə qlobal neft tələbatına dair artım proqnozunu sutkalıq 1,1 milyon barrelə endirib.

Azərtac xəbər verir ki, IEA buna səbəb kimi ABŞ və Çin arasındakı ticari gərginliyi, eləcə də qlobal iqtisadiyyatın zəifləməsini göstərib.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi iyundakı hesabatında bu il qlobal neft tələbatının 1 milyon 200 min barrel artaraq gündəlik orta hesabla 100 milyon 300 min barrel təşkil edəcəyini açıqlamışdı. IEA-ya görə, cari ildə neftə olan gündəlik tələbatda 35 milyon 400 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 100 min barrellə Amerika qitəsi və 15 milyon 200 min barrel ilə Avropa qərarlaşacaq.