XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

20 İyul 2019 - 16:32

“Fitch” Azərbaycanın uzunmüddətli defolt reytinqini təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

“APA-Economics”in agentliyin məlumatına istinadən verdiyi xəbərə görə, reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunub.

Azərbaycanın “BB+” güclü xarici balansı və aşağı səviyyədə olan xarici borcun olmasını, iqtisadiyyatın neftdən asılılığını, idarəetmənin aşağı olmasını və zəif bank sektorunun olmasını əks etdirir.

Hesabata əsasən, yaxın illərdə qaz hasilatını artması Azərbaycanın icmal büdcəsinin dayanıqlı profisitini təmin edəcək.

Agentliyin analitikalarının hesablamalarına görə, bu il Azərbaycanda iqtisadi artım 2,7% təşkil edəcək. 2018-ci ildə bu göstərici 1,4% olub.