XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 14:28

Azərbaycan xam neft ixracını 17% artırıb –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar-iyul ayları ərzində gömrük bəyannamələrinə əsasən Azərbaycan 19 554,245 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 9 541,342 mln. ABŞ dolları təşkil edib.

İxrac olunan məhsulun həcmi ötən ilin müvafiq dövründən 17,4%, dəyəri isə 9,97% çoxdur.

Xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının bu ilin yeddi ayında Azərbaycanın ümumi ixracında payı 77,78% olub.